Nişanlısından niyə ayrıldı?

nisanlisindan-niye-ayrildi
Oxunma sayı: 637

Bəzi saytlar 24 yaşılı aktrisanın nişanlısı ilə teatr arasında seçim qarşısında qaldığını, nişanlısı üzündən indiyədək edə biləcəyi çox şeyi həyata keçirə bilmədiyini yazır: "Bunun səbəbi 3 il mənə çoxlu qadağaların qoyulmasıdır. Nişanlı idim. Yəqin ki, qadağalara dözməyim sevməyimlə bağlı idi. O, məndən çox şey istəyirdi. Sonda teatrı seçdim. Çünki aktrisa olmaq üçün çox əziyyət çəkmişəm. Toya 1 ay qalmış ondan teatrı tərk etmək tələbini eşidəndə səbrim tükəndi”.

Bu gün isə “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Belə ki, əslində Nigar nişanlısından qısqanclığı üzündən deyil, oğlanın adının pul qalmaqalında hallanması səbəbindən ayrılıb: “Onun nişanlısı bəzi adamlardan pul alıb, qaytarmamaqda günahlandırılır. Maştağadakı evlərini bankda girov qoyaraq borcu qaytarmaq kredit götürüblər. Lakin qaytara bilmədikləri üçün evləri də əllərindən çıxıb. Ona görə də maştağadan köçüblər”.

Məlumatla bağlı N. Bahadırqızı ilə əlaqə saxladıq. “Qafqazinfo”nun sualını eşidən aktrisa təəccüblənib və xəbərin doğru olmadığını deyib: “Xeyir, nə danışırsınız? Mənim keçmiş nişanlımın ailəsi çox imkanlı olub, elə indi də elədir. Maştağada yaşamayıblar, şəhərdə qalırlar. Ayrılsaq da nişanlımla gürüşürük, telefonla əlaqə saxlayırıq. Yalan xəbərlərdir”.