Niyaməddin Orduxanlıya ikinci zərbə

niyameddin-orduxanliya-ikinci-zerbe-
Oxunma sayı: 651

BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının facebook səhifəsini ikinci dəfə oğurlayaraq ələ keçirdiblər. Bu haqda məlumatı “Qafqazinfo”ya saytına Orduxanlının öz deyib: “Dünən gecə ikinci dəfə səhifəmi oğurlayıb ələ keçirdiblər. Bu səfər isə [email protected] ünvanı ilə ediblər. Bu ünvan mənim e-malimin yaddaşında qalıb. Çox təəssüf edirəm ki, mənimlə “mübarizəni” bu formada aparırlar. Hər halda bu o deməkdir ki, mənim sosial şəbəkədə aktiv fəaliyyətim “siyasətəçi”ləri və özlərini “lider” hesab edənləri narahat edir və bunu da birbaşa həmin “liderin” tapşırığı ilə edirlər. Bu cılız və axmaq adamların işidir. Hamı bilir ki, 2-3 günə sosial şəbəkədə yenidən qeydiyyatdan keçib əvvəlki kimi fəaliyyət göstərmək olur. Mənim fecabook-da dostlarımın sayı minlərlədir. Odur ki, onlara ehtiyatlı olmağı və həmin səhifəmdən hansısa bir yazının paylaşılmasının mən tərəfindən aparılmadığımı bildirirəm. Bir neçə gün bundan qabaq mənim saxta profilimi yaratmışdılar. Görünür bununla kifayətlənməyiblər. Əsas səhifəmi dağıtmaq istəyiblər və bunu da bacardılar”.

Son vaxtlar tanınmış siyasi xadimlərin və millət vəkillərinin səhifəsini ələ keçirtməyə başlayıblar deyən BAXCP sədrinin müavini bildirib ki, bu hadisə ilə bağlı özünün ciddi araşdırması gedir: “Ola bilsin ki, bu səfər bunun kim tərəfindən edildiyini tezliklə müəyyən edə bildim. Fikrim var ki, bu haqda hüquq-mühafizə orqanlarına rəsmi müraciətdə edim. İstəyirəm ki, bu işlə məşğul olan adamlar tapılıb ifşa olunsunlar. Və hamı da bilsin ki, bu işləri törədənlər hansı siyasi düşərgənin adamlarıdır. Artıq bir neçə tanınmış siyasi şəxslərin, o cümlədən millət vəkili olan adamın bir neçə dəfə facebook səhifəsini ələ keçirdirdiblər. Bunun qarşısının alınması üçün hər hansı bir addım atılmır. Bu tərbiyəsizliyi aradan qaldırmaq lazımdır. Bunların bir neçəsi tapılıb layiqli cəzasını almayınca bu işlər davam edəcək. Keçən dəfə BAXCP lideri Qüdrət Həsənquliyevin adından iki saxta profil acmışdılar və bununla bağlı dərhal məlumat verdik ki, bu saxtadır və buradan yayımlanan məlumatların Qüdrət bəyə heç bir adiyyatı yoxdur. Bizə qarşı olunan bu hərəkət radikal müxalifətin tərəfdarları tərəfindən olunur və buna mənim zərrə qədər də şübhəm yoxdur. Əsasən sosial şəbəkələr də özlərini “qəhrəman” sayanlar bu düşərgənin nümayəndələridir. Bu işlərlə ancaq onlar məşğul ola bilərlər”.