Nizami Gəncəvi Neft Fondunun hesabatında

nizami-gencevi-neft-fondunun-hesabatinda-
Oxunma sayı: 669

Neft Fondunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2010-cu ildəki fəaliyyəti haqqında illik hesabatının strukturu və təqdimat üslubu təkmilləşdirilib, illik hesabatın tərtibat konsepsiyasında yeniliyin tətbiqinə başlanılıb. Fond tərəfindən dərc edilmiş 2010-cu il üzrə hesabatın tərtibatı Azərbaycan xalqının böyük şairi və mütəfəkkiri, dahi Nizami Gəncəviyə həsr edilib. Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaq.

Nigar Məmmədli