Norveçi “Eurovision 2012”-də iranlı təmsil edəcək

norveci-eurovision-2012-de-iranli-temsil-edecek-
Oxunma sayı: 677

“İlk dəfədir böyük səhnəyə çıxıram. Nəticələr bəlli olana qədər çox həyəcanlı idim. Bu qələbəyə hələ də inana bilmirəm”. “Qafqazinfo”nun eurovision.az saytına istinadən xəbərinə görə, Norveçi Eurovision 2012-də təmsil etmək hüququ qazanan 24 yaşlı Tooji Keshtkar belə deyib. O, bu cür yarışmalarla yaradıcılığında ilk addımlar atdığını bildirib. “Eurovision Mahnı Müsabiqəsində uğur qazanmaq üçün bacardığım hər bir şeyi etməyə hazıram”.
Qeyd edək ki, İran əsilli Tooji Keshtkar 1987-ci ildə anadan olub. Bir ara model kimi işləyən Tooji daha sonra MTV Norway ilə əməkdaşlıq edib.