Novxanılı avtoritet Moskvada həbs edildi - Foto

novxanili-avtoritet-moskvada-hebs-edildi-foto
Oxunma sayı: 780

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, cinayət aləmində Dadaş Novxanılı kimi tanınan həmin şəxsin üzərindən şəxsi axtarış zamanı 2.84 qram heroin müsadirə olunub. “Qanuni oğru”nun ilk və hələ ki, yeganə məhkumluğu 2002-ci ildə Azərbaycanda xuliqanlığa görə il yarımlıq həbsidir. Dadaşın 6 fəaliyyətdə olan azərbaycanlı “qanuni oğru”larından biri olduğu və böyük nüfuzundan, eləcə də, onun statusuna qoyulmuş bütün imtiyazlardan istifadə etdiyi bildirilir. İbrahimovun Azərbaycanda və Rusiyada nadir hallarda, qısamüddətli səfərlərlə olduğu qeyd edilib. Əgər bu dəfə dadaşın günahı sübuta yetirilərsə onu 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Səidə