Nümayişçiləri snayperlər atəşə tutdu

numayiscileri-snayperler-atese-tutdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.
Şahidlərin sözlərinə görə, etirazçıları yaxınlıqdakı evlərin damlarında yerləşdirilmiş prezident qvardiyasının snayperləri atəşə tutublar. Bu qüvvələrin prezidentin böyük oğlu Əhməd Salehə tabe olduğu bildirilir. Atəş nəticəsində ən azı beş nümayişçinin həlak olduğu xəbər verilir.
Abdullah Saleh 23 sentyabrda üç aylıq müalicədən sonra Səudiyyə Ərəbistanından Yəmənə qayıdıb. Yəmən prezidenti paytaxtda ona qarşı törədilən sui-qəsdən sonra bu ölkədə müalicə olunurdu.