Nura keçmiş ərindən 150 min tələb etdi

nura-kecmis-erinden-150-min-teleb-etdi
Oxunma sayı: 878

Bakının Binəqədi rayon məhkəməsində keçirilən Suri Əlirza Məhəmməd oğlunun Aynurə Qəzənfər qızına (müğənni Nura Suri) qarşı şərəf və ləyaqətinin müdafiəsi barədə mülki iş üzrə qapalı məhkəmə iclası keçirilib. Suri Əlirzanın vəkili Telman Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, Aynurə Qəzənfər qızının nümayəndəsi məhkəməyə iki iddia ərizəsi təqdim edib:

"Birinci iddia mənimlə bağlı oldu. Aynurə Qəzənfər qızının nümayəndəsi mənim barəmdə tədbir görülməsi üçün məhkəməyə vəsatət təqdim edib. Onlar iddia etdilər ki, mən məhkəmənin qapalı keçirilməsi barədə məhkəmə qərarlarını pozaraq mətbuatda məlumatlar yaymışam. Bu iddia məhkəmə tərəfindən rədd edildi.

Bundan sonra, Aynurə Qəzənfər qızının nümayəndəsi müştərisinin şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi təqdim etdi. Aynurə Qəzənfər qızı həmin iddia ərizəsində Suri Əlirzanın sentyabrın 1-2-də mətbuatda yayımladığı müraciəti ilə bağlı ona küllü miqdarda maddi və mənəvi ziyan dəydiyini göstərmişdi. Və bununla bağlı ona dəymiş maddi ziyana görə Suri Əlirzadan 100.000 manat, mənəvi ziyana görə isə 50.000 manat pul tələb edir.

Məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etdi. Hesab edirəm ki, növbəti məhkəmə iclaslarında məhkəmə araşdırması başlayacaq".