Nuranın məhkəməsi başladı

nuranin-mehkemesi-basladi
Oxunma sayı: 688



Suri Əlirza Məhəmməd oğlunun müğənni Aynurə Qəzənfər qızına (Nura Suri) qarşı “şərəf və ləyaqətin müdafiəsi haqqında” iddia ərizəsi üzrə Binəqədi rayon məhkəməsində bu gün hazırlıq iclası keçirilib. “Qafqazinfo”nun məlumatına görə, iclasda hakim Tərlan Əkbərov işi kifayət qədər hazırlanmış hesab edərək, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarıb. Növbəti məhkəmə iclası 26 sentyabr 2011-ci il tarixə saat 12-yə təyin olunub.