Nuranın məhkəməsinin qapalı keçirilməsinə qərar verildi

nuranin-mehkemesinin-qapali-kecirilmesine-qerar-verildi
Oxunma sayı: 694

Bu barədə “Qafqazinfo”ya Ə. Surinin vəkili Telman Qasımov məlumat verib. O, bildirib ki, müvəkkilinin Aynurə Qəzənfərqızına qarşı şərəf və ləyaqətin müdafiəsi barədə mülki iş üzrə Binəqədi rayon məhkəməsinin hakimi Tərlan Əkbərovun sədrliyi ilə məhkəmə iclası keçirilib: “Əlirza Surinin nümayəndəsi olaraq məhkəməyə iddia tələblərinin həcminin artırılması barədə ərizə təqdim etdim. Belə ki, ilkin iddia tələblərindən əlavə, indi iddiaçı cavabdehdən mənəvi ziyana görə 50000 manat təzminat da tələb edir. Cavabdehin nümayəndəsi Ramin İsrafilov isə məhkəməyə iddia ərizəsinə dair etirazını və məhkəmə proseslərinin qapalı keçirilməsi barədə vəsatətini təqdim etdi. Vəsatətdə konkret olaraq hər hansı bir əsasverici halın göstərilməməsinə baxmayaraq, hakim Tərlan Əkbərov iş üzrə məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qəradad qəbul etdi. Bununla da məhkəmə fasilə elan etdi. Növbəti məhkəmə iclası oktyabrın 5-nə təyin olundu”.