Nürnberqdə Azərbaycan toplantısı - Fotolar

nurnberqde-azerbaycan-toplantisi-fotolar
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ermənilərin hələ ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı soyqımı, Kəlbəcər, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

Tarixini bilməyən millətin gələcəyə daha güclü gedə bilməsinin çətin olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq gəncliyimizə tariximizi yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb.
Q.Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi də bütün türklərin problemi olduğunu bildirib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diasporaları Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər. Bu dəfə Nürnberqdə toplandıq. İnşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Kəlbəcərdə və digər o cənnət bölgələrimizdə görüşərik” - sözləri salonda toplaşan hər kəsin ayaqda alqışlamasına səbəb olub.

Konfransın sonunda Azərbaycan və türk diaspora təşkilatları tərəfindən Türk dünyasına xidmətlərinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkür plaketləri verilib.