NZS sakini qətlə yetirildi

nzs-sakini-qetle-yetirildi
Oxunma sayı: 699

Hadisə zamanı 1974-cü il təvəllüdlü Xaçmaz rayon sakini Qurbanov İlkin Samir oğlu aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişib. İlkini qətə yetirən şəxs cinayətdə istifadə etdiyi bıçağı da götürərək hadisə yerindən yayınıb.

Qeyd edək ki, İlkin Qurbanov 3 ildir hadisə yerinin yaxınlığında Sovxoz küçəsi 13 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayırmış. Hadisə də gecə saatlarında mərhum yaşadığı evə getmək istəyən zaman baş verib.

Hadisə barədə məlumat daxil olan kimi Xətai rayon polis idarəsi və prokurorluğunun əməkdaşları əraziyə yollanıb. Meyid və hadisə yeri ekspertlərin iştirakı ilə müayinədən keçirilib. İlkin Qurbanovun meyidinin xarici müayinəsi zamanı mərhumun döş qəfəsində 4 bıçaq xəsarətinin olduğu müəyyən edilib.

Bundan sonra isə meyid daxili müayindən keçirilməsi üçün məhkəmə tibbi ekpertiza və pataloji anatomiya birliyinin Xətai rayon şöbəsinə göndərirldi.

Faktla bağlı Xətai rayon prokurorluğunda ilkin olaraq cinayət məcələsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı cinayət işinə başqa maddələrin əlavə olunacağı da istisna edilmir. Hazırda Xətai polisi Ilkin Qurbanovu qətlə yetirən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir.

ANS PRESS