“O cəmiyyətdə ki, müxalifət yoxdur...” – Müsahibə

o-cemiyyetde-ki-muxalifet-yoxdur-musahibe
Oxunma sayı: 642

- Bir neçə gün əvvəl 6 müxalifət partiyasının müxalifətin bir araya gəlməsi ilə bağlı görüşü oldu, onlar bəyanat da yaydılar. Buna münasibətiniz necədir?
- Mən hesab edirəm ki, Azərbaycanda istər müxalifət, istər mərkəzçi siyasi qüvvələrin, istərsə də hakimiyyətdə olan qüvvələrin toplanaraq öz sözünü deməsi onu göstərir ki, Azərbaycanda demokratiya üçün hər bir şərait var. Yəni, söz azadlığı var, hamı öz fikrini deyir. Cəmiyyətin onu necə qəbul etməsinə isə zaman lazımdır.

- Müxalifət birləşməyə çalışır. Bunun perspektivini necə görürsünüz?

- Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti də bilir ki, o cəmiyyətdə ki, müxalifət yoxdur, amma söhbət gedir haqlı fikirlərin deyilməsindən. Deməli o, cəmiyyətin tərəqqisinin xeyrinədir. Əgər müxalif qüvvələr cəmiyyətin inkişafı üçün, əhalinin inkişafı üçün səmərəli fikirlər söyləyirsə, ondan heç kəs imtina etmir. Amma, müxalifət cəmiyyətdə qızışdırıcı, çaşdırıcı mövqe tutmamalıdır.

- Qeyd etdiniz ki, hər kəs azad fikirlərini səsləndirir. İctimai Palata da həm mitinqlərlə, həm də bəyanatlarla bəzi fikrilər səsləndirir. Onu necə qiymətləndirirsiz?

- Mənə elə gəlir ki, Azərbaycan hökuməti mitinqlər üçün də şərait yaradıb. Yerlər göstərilir, təhlükəsizlik təmin olunur. Amma, müxalifətin səsləndirdiyi fikirlərdə nə dərəcədə haqlı olduğunu mən deyə bilmərəm. Bunu cəmiyyət deyəcək. Amma hər halda İctimai Palata və digər müxalif qurumlar, mərkəzçi qurumlar, solçu, sağçı təşkilatlar, bunların öz fikirlərini deməsi üçün şərait yaradılıb.

Fatimə Kərimli