“O kitablarda təhqir olunmayan beynəlxalq qurum yoxdur” - Komitə sədri

o-kitablarda-tehqir-olunmayan-beynelxalq-qurum-yoxdur-komite-sedri-
Oxunma sayı: 646

Komitə sədri “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən dini icmanın məhkəməyə müraciət etməsinə səbəb onların Azərbaycana gətirdikləri ziyanlı dini ədəbiyyatın yayılmasına icazə verilməməsidir.

Onun sözlərinə görə, ölkəyə gətirilən hər ədəbiyyatın tədris olunması düzgün deyil: “Biz ümumiyyətlə ölkəyə daxil olan kitabların 95 faizinə icazə veririk. Yalnız 5 faizə qədər kitablar zərərli olduğu üçün onun tədrisinə icazə verilmir. “Yehovanın şahidləri”nin gətirdiyi ədəbiyyatın içində onların özlərinin mənsub olduğu xristianlığın, eləcə də başqa dinlərin ədəbiyyatları var. O kitablarda təhqir olunmayan beynəlxalq qurum yoxdur. Həmin kitabların içində ədavət yaradan məqamlar olduğuna görə onların keçirilməsinə icazə vermirik. Onlar bizi məhkəmələrə verirlər. Bu sirr deyil. Məhkəmələrdə də açıq şəkildə ərizələrində bu məsələlər qeyd olunub” .

Elşad İskəndərov eyni zamanda adıçəkilən icmanın qeydiyyata alınması probleminə də toxunub. Onun sözlərinə görə, “Yehovanın şahidlər” dini icmasının qeydiyyata alınması ilə bağlı heç bir problemi yoxdur: “Bu məsələ öz həllini tapıb”.

Qeyd edək ki, “Yehovanın şahidləri” dini icması Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə müxtəlif məsələlərlə bağlı uzun illərdir ki, məhkəmə çəkişməsindədir.

Günel