“O mitinqdən sonra ayıblarına kor olmalı idilər” - STATUS

o-mitinqden-sonra-ayiblarina-kor-olmali-idiler-status
Oxunma sayı: 676

Çox dəyərli dostlar!

Görünən budur ki, uzun müddətli fasilədən sonra aktiv siyasətə qayıtmam birilərini ciddi-ciddi narahat etmişdir və həmin insanlar öz içlərindəki əbədi komplekslərini, təkəbbürlərini, aqresiyalarını söylədiyim hər fikrə monitor arxasından onun-bunun adı ilə yazdıqları bitib-tükənməyən təhqirlərlə, arqumentsiz cavablarla sığortalamağa çalışırlar!
Hətta kinləri, hikkələri o həddə qədər irəliləyib kı, artıq “Azadlıq”qəzetində “şənimizə” köşələr
yazılır, bənzər mövqeli digər mətbu orqanlarda isə iftiranın, əcaib məntiqin, tərs analitikanın bütün zirvələri fəth edilir
Bizsə dözürük! Mümkün olan qədər dözürük! Yalnız etiraf edim ki, bütün bunları seyr etməyin özü də ayri bir zövq. Çünki adamlar danışdıqca açıq verirlər, özlərini batırırlar, bəlli edirlər.
Və....tam səmimiyyətlə deyirəm: Azərbaycan leksikonuna “qaraguruh” kəlməsini hər kim gətiribsə Allah onun bütün ölənlərinə rəhmət eləsin. Yoxsa haqqımda və ünvanıma yazılan bir çox kəlmələrin müəlliflərinə layiq olduqları adı tapmaqda bu gün gerçəkdən çox çətinlik çəkərdim

Əziz dostlarım!

Sizdən tək bir ricam var: Lütfən həmin haqqında bəhs etdiyim qaraguruhu görməzdən keçin və onlar tərəfindən yazılan fikirləri heç bir halda cavablandırmayın!
O cavabı zatən 20 ildir Tanrı və Azərbaycan xalqı verir.
Həmin cavabın ən sonuncusu isə 17 mart mitinqində Azərbaycan gəncliyi tərəfindən verildi.
Bu gün cəmiyyət arasında azacıq hörməti olan bir insan övladının toy məclisinə rahatca min nəfər toplaya bildiyi halda, 20 ildir müxalifətçilik edən 50 təşkilat icazəli mitinqə 200-dən artıq tərəfdaş yığa bilmədi!
Acınacaqlı fiaskodur. Əslində buna ”tərs şapalaq” da demək olar! Amma nə deyirsən, kimə deyirsən? Qarşı tərəf aksiyada 2000-3000 arası insanın iştirak etdiyini iddia edərək öz xislətlərinə, avantüriyalarına, fantaziyalarına, romantikalarına sadiq olduqlarını bir daha sübut etmiş oldular. 3 D eynəyini gözlərinə bərk-bərk pərçimlədiklərini təsdiqlədilər.
Oysa ki, bu durumda edilməli olan tək şey ayıblarına kor olmaq idi.......

Əzizlərim!

Bu da bir başqa həqiqətdir ki, biz bəzən kiməsə çatmaq üçün ucalmaq deyil, aşağı doğru sürətlə əyilmək məcburiyyətini daşıyırıq.
Amma olsun, bununla da barışdıq artıq!
Fəqət aşağılarda, ucsuz-bucaqsız cəngəlliklərdə, bataqlıqlarda itib qalan həmvətənlərimizə, qaraguruha əl uzatmaqdan, gerçəkləri anlatmaqdan bezdiyimiz də ayrı bir həqiqət.
Demək ki, 20 ildir müxalifətin əbədi və”şanlı” liderlərinin söylədiyi nağıllar bəzi beyinlərdə özünə yamanca və möhkəmcə yer etməyi bacarıbmış. Ya da bu radikal müxalifətçilik deyilən sindrom artıq xroniki mərhələyə keçmiş durumda.
Nə deyim.. Bu məqamda ediləcək bir şey yox.
Amma çox şükür ki, barı söyləniləcək bir şey var: - “Yazıklar olsun...”!