“O qaçqınları 2-3 il sevindir, sonra isə …” – Ramin Musayev

o-qacqinlari-2-3-il-sevindir-sonra-ise-ramin-musayev
Oxunma sayı: 661

Məsələ ilə bağlı PFL-in prezidenti Ramin Musayevin fikirlərini öyrəndik. Ramin Musayev “Qafqazinfo”ya verdiyi açıqlamada xəbəri təsdiqlədi: “Belə bir fikrimiz var. Quzanlıdakı stadionda yeni tribuna tikdirməyə hazırıq. Bunun nə zaman olacağını isə mən deyə bilmərəm. Əvvəlcə layihə hazırlanıb bizə verilməlidir ki, iş başlasın. Lakin orada 3 min nəfərlik yer olacağına inanmıram. Çünki tribuna üçün boş yer yalnız qapının arxasında var. Ora 3 minlik tribuna yerləşməz”.

R. Musayev “Qarbağ”ın ev oyunlarını keçirdiyi stadionu Quzanlı Olimpiya Kompleksindən Suraxanı qəsəbə stadionuna dəyişməsinə də münasibət bildirib: “Mən “Qarabağ”ın Quzanlıdan köçəcəyinə inanmıram. “Qarabağ” klubu heç vaxt azarkeşlərinə belə hörmətsizlik etməz. Orada nə qədər qaçqın olduğunu bilirsiniz. O qaçqınları 2-3 il sevindir, sonra isə bu sevinci əllərindən al. Belə bir şey olacağına inanmıram”.

Ceyhun Əhmədov