“O qız vurulub sənə” – Seirlər

<b>“O qız vurulub sənə” –<font color=red> Seirlər</b></font>
Oxunma sayı: 329

Dünya

İç qardaş bilirəm böyükdür dərdin
Dərdi dərd üstünə çatandır dünya
Mərdini namərdə qul eyləyəndir
Namərd kölgəsində yatandır dünya

Elə oğulların üstündən əsib
Neçələri ondan inciyib, küsüb
Namusa, vicdana qiymətin kəsib
Dəyər dəyməzinə satandır dünya

Çiçək olsan ilk baharda soldurar
Qəm yükünü yorulmadan doldurar
Bal dadında zəhər verər öldürər
Bal dadında zəhər satandır dünya

Gəl bu qədər naz eləmə

Yalvarıram gecə gündüz
Gəl bu qədər naz eyləmə
Qaş gözünü sən gəl az süz
Gəl bu qədər naz eyləmə

Dönüb oldum divanə mən
Eşq oduna pərvanə mən
And verirəm Quranə mən
Gəl bu qədər naz eyləmə

Yerə sığmayır ədası
Qoy mənə gəlsin qadası
Ay insafsızın balası
Gəl bu qədər naz eyləmə

Sən Vüsalı saldın dərdə.
Dərmanı yox göydə yerdə
Çəkib üzünə ağ pərdə
Gəl bu qədər naz eyləmə

O qız vurulub sənə.

Bilirəm sevirsən söyləməsən də
Gözünün parıltısı ələ verir sirrini
hər dəfə qarşılaşanda,
danışanda titrəyən səsin
Səndən xəbərsiz deyir sevirəm səni
Gizlətməyə çalışma, gözlərindən oxunur
Utancaq baxışların hər şeyi deyir mənə
Titrəyən dodağından,sözlərindən oxunur
Bəs bu utancaqlır hardan bulaşıb sənə?
Oğrun oğrun baxışın, qızaran yanaqların
Küləkdə yarpaq kimi titrəyən ayaqların
Əllərimə gizlincə uzanan incə əllər
Hər görüşə gələndə daranan qara tellər
İnci tək parıldayan, vurulduğum o gözlər
Şairin qələmində söz olub deyir mənə
O qız vurulub sənə

****

Eşqin ilə divanə olub , sızlayb ağlar ürəyim
Ahını duyarsa hər kim, onu dağlar ürəyim

Qorxma sən eylə cəsarət, sevgini ver əmanət
Lap belə qopsa qiyamət, onu saxlar ürəyim

İstəmir səndən özgəsin, ürəyim təkcə sənin
Baxarsa gözümə gözlərin sel olub çağlar ürəyim

Əgər ol sevgili yar ilə Adsız qovuşmasa
Sevgiyə birdəfəlik ürəyini bağlar ürəyim


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi