Obama gecəqonduda yaşayır - Fotolar

obama-geceqonduda-yasayir-fotolar
Oxunma sayı: 636

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezidentin ögey qardaşı Corc Hüseyn Obama ilə ataları eyni, anaları isə başqadır. Belə ki, Barak Obama Havayda atasının ikinci evliliyindən, Corc isə Keniyada dördüncü evliliyindən dünyaya gəlib. 30 yaşlı Corc dünyanın ən güclü adamı Barak Obamanın əksinə gecəqondularda yaşayır. Narkotik və spirtli içkilər aludəçisi olan Corc qaraciyər və böyrək xəstəliklərindən də əziyyət çəkir.

Gününün çoxunu sərxoş vəziyyətdə keçirən Corc, Obama soyadının ona hər zaman sadəcə bir yük olduğunu deyir.