Obama İraq müharibəsinin başa çatdığını elan etdi

obama-iraq-muharibesinin-basa-catdigini-elan-etdi
Oxunma sayı: 651

Ötən gün ABŞ prezidenti Barak Obama Ağ evdə İraqın baş naziri Nuri Əl-Malikini qəbul edib. İlin sonuncu gününə kimi bütün hərbi kontingentin İraqdan çıxarılacağına söz verən Barak Obama görüşdən sonra keçirilən birgə mətbuat konfransında 9 illik İraq müharibəsinin başa çatdığını rəsmi şəkildə bəyan edib.

Obama dekabrın 31-inədək ABŞ qoşunlarının tam heyətlə İraqı tərk edəcəyinə baxmayaraq, Vaşinqtonun regionu daim nəzarətdə saxlayacağını qeyd edib.“Bizim Yaxın Şərqdəki iştirakımız davam edəcək. ABŞ hər zaman müttəfiqlərini, tərəfdaşlarını və maraqlarını müdafiəsinə qalmağa hazırdır”, - Barak Obama bildirib.

Barak Obama digər region ölkələrinin İraqın daxili işlərinə müdaxilə etməli olmadığını və ölkənin suverenliyinə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb.ABŞ prezidenti eyni zamanda Suriya məsələsinə toxunub. Barak Obama Ərəb Liqasında dinc sakinlərə qarşı kütləvi repressiya siyasəti yürüdən Suriya hökumətinə qarşı sanksiyalara qatılmaqdan imtina edən İraqın məhz ölkə maraqlarından çıxış edərək bu qərara gəldiyini bildirib.
islamazeri.az