Obama sevgi macəraları ilə yenidən gündəmdə

obama-sevgi-maceralari-ile-yeniden-gundemde
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, jurnalda Jenevyev Kukun gündəliyindən bəzi hissələr verilib. Orada cütlüyün 1983-cü ildə Nyu-Yorkda milad gecəsində tanış olduqları qeyd olunub. Kuk öz qeydlərində 20 yaşlı Obamanın ziddiyətli xarakterə malik olduğunu göstərir: Jenevevə qarşı olan incə davranışı ona bəzən soyuq olmağa mane olmurdu.

Avtraliyalı diplomatın qızının xatirələrində Obamanın bazar günləri avaralanması, əynində ancaq İndoneziyanın saronq geyimi, çılpaq bədənlə gəzməsi, kofe içməsi və “Nyu York Taymz”da krossvord həll etməsi, onların birlikdə necə kitab ətrafında müzakirə aparmaqları, ton balığı və şüyüdlə Obamanın sevdiyi sendviçi hazırladıqlarını yazıb.

Kukun sözlərinə görə, o zaman Obama az qazanırdı və sadə bir evdə yaşayırdı. Cütlük əvvəlcə ancaq ikinci günləri görüşürdülər, lakin tezliklə sevgililər birlikdə yaşamağa başladılar.
Jeneviyev Obamanın həyatda “soyuq” və “sərt”, yataqda isə “zərif” və “ürkək” olduğunu etiraf edib: “O, yataqda siqaret çəkməyi və giləmeyvə yeməyi xoşlayırdı”.

“Bəli, o mülayimdir və bizə birlikdə xoşdur. Lakin daim mənim heç cür barışa bilməyəcəyim çoxsaylı həll olunmamış məsələlər üzə çıxır. Onun mülayimliyi aldadıcıdır. O, xoş sözlər deyir. Səmimi və dürüst ola bilər, lakin eyni vaxtda onun üçün laqeyd olmaq heç nədir. Baraka qarşı hisslərim məni hələ də tərk etmir, lakin bizim əlaqələr gərgindir və hər an partlaya bilər”.

Kuk Barakı qızlara, xüsusən də qaradərililərə qısqandığını gizlətmir, lakin Obamanın irqi mənsubiyyətindən çox utandığını da qeyd edir.
Obama özü diplomatın qızı ilə olan əlaqələrini etiraf etməsə də, “gözəl ağ dərili qadın”la olan romanları barədə xatirələrini danışıb.