Obama vətəndaşla qol güləşməyə qorxdu

obama-vetendasla-qol-gulesmeye-qorxdu
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə, barın rəhbəri prezidentə maraqlı təklif edib. Belə ki, o bildirib ki, əgər prezident Obama onu qol güləşində məğlub edərsə, səsini prezident seçkilərində ona verəcək. Barda olan müxbirlərin məlumatına görə, Obama barın sədri Jeff Hawksın iddiasından çəkinərək qol güləşi əvəzinə basketbol oynamağı təklif edib. Ancaq Obama səfər proqramının ağırlığı səbəbindən oyunu təxirə salmaq məcburiyyətində qalıb.

Görüş zamanı jurnalistlərin diqqətini daha bir maraqlı məqam çəkib. Mühafizəkar mövqeyi ilə seçilən Fox Newsun barda izlənildiyini görən Obama bar rəhbərinə“Xahiş edirəm kanalı dəyişin, müştəri hər zaman haqlıdır” məsləhətini verib.

Bardakı vətəndaşlarla pivə içib söhbət edən prezident Ohayoya səfər zamanı restoranlara xəbərsiz girib vətəndaşlarla günorta yeməyini də yeyib.