Obamadan Əliyevə - Ramazan təbriki

obamadan-eliyeve-ramazan-tebriki
Oxunma sayı: 636

"Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş, nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır. Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir. Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!", - Obamanın təbrik məktubunda deyilir.