Obamanı partlayışla qarşıladılar

obamani-partlayisla-qarsiladilar
Oxunma sayı: 674

“Qafqazinfo”nun BBC-yə istinadən xəbərinə görə, partlayış baş verən ərəfəyə qədər ABŞ prezidenti Barak Obama Kabulda olub.

Yerli polisdən bildiriblər ki, partlayışı avtomobilinə partladıcı yerləşdirlmiş kamikadze törədib.

Barak Obama əfqanıstanlı həmkarı Həmid Kərzai ilə iki ölkə arasında strateji əməkdaşlıq haqqında saziş imzaladıqdan sonra ölkəni tərk edib. Sənəd amerikalı əsgərlərin 2014-cü ildə Əfqanıstandan çıxarıldıqdan sonrakı dövrü əhatə edir.

Bundan əlavə, Obama Baqram aviabazasında amerikalı əsgərlər qarşısında çıxış edib.

Ağ ev administrasiyası əvvəlcədən səfərə hazırlıqlarla bağlı məlumat verməyib. Səfər “əl-Qaidə” lideri Üsame bin Ladenin öldürülməsinin birinci ildönümünə təsadüf edib.