Obamanın atası kimdir?

obamanin-atasi-kimdir
Oxunma sayı: 825

İyul ayında yayımlanacaq sənədli film “Həqiqi atam üçün yuxular” adlanır və rejissor filmdə Obamanın həqiqi atasının kenyalı Barak Obama deyil, Kommunist partiyasının üzvü, şair və jurnalist Frank Marşall Davis olduğunu bəyan edib.

“Qafqazinfo”nun məlumatına görə, Obamanın yaşadığı yerlərdə bir neçə şəxslə həmsöhbət olan rejissor Obamanın Davislə bağlılığı olduğunu görərək, Davisin arxivini araşdırmağa başlayıb.

Gilbert həmçinin Davisin evində Obamanın anası Ann Dunhamın səmimi şəkillərini də tapıb. Gilbert Davisin kitablarından birində “ana” obrazının da Obamanın anasından ilham aldığını düşünüb.

Rejissor həmçinin bildiri ki, Davis Kommunist Partiya üzvü olduğu üçün ailəsinin reaksiyasından qorxan Ann Dunham münasibətlərini gizli saxlayıb. Devis Obamanın tərcüməyi-halında da yer alıb. Obamanın "Frank" deyə müraciət etdiyi Davisin babasının bir dostu olduğu bildirilir.