Obamanın başına 10 milyon mükafat qoyuldu

obamanin-basina-10-milyon-mukafat-qoyuldu
Oxunma sayı: 647

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, İngiltərədə Lordlar Palatasına 1998-ci ildə seçilən ilk müsəlman olan Pakistan əsilli Nazir Əhmədin bu sözləri keçən həftə qatıldığı bir tədbirdə söylədiyi iddia edilir: “Əgər ABŞ Hafiz Məhəmməd Səidin yaxalaması üçün 10 milyon dollar mükafat vəd edirsə, mən də ABŞ prezidenti Barak Obama və sələfi Corc Buşun tutulması üçün 10 milyon funt-seterlinq mükafat qoyuram.”

Əmək Partiyasından Nazir Əhmədin sözləriylə bağlı araşdırma başlatdığını və bir müddət ərzində Lor Əhmədin partiyadan uzaqlaşdırıldığını bildiriblər.

İngiltrə mətbuatı Lord Əhmədin ittihamları rədd etdiyini yazıb.

ABŞ 2008-ci ildə 166 nəfərin öldüyü Hindistanın Mumbai şəhərindəki hücumlarda günahkar bildiyi pakistanlı Hafiz Məhəmməd Səidin ələ keçirilməsi üçün 10 milyon dollar mükafat verəcəyini açıqamışdı.

İngiltərədə verdiyi bəyantaları ilə tez-etz gündəmə gələn Nazir Əhməd “Şeytan ayələri”kitabının müəllifi Salman Rüştiyə “əlləri qanlı” deyib.