Obamanın mühafizçilərinə seks ittihamı

obamanin-muhafizcilerine-seks-ittihami
Oxunma sayı: 687

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli polisin məlumatına əsasən xüsusi agentlər yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə ediblər. Bu xəbər qısa müddətdə ictimaiyyətin müzakirə mövzusuna çevrilib. Obama isə hələ nəticə çıxarmağa tələsmir və araşdırma aparılmasını lazım bilib. Obama zabitlərin günahı sübut olunarsa, onların cəzadan qurtara bilməyəcəyini deyib: “Mən izləyəcəyəm ki, istintaq dəqiq və ciddi olsun. Əgər mətbuatın yazdığı ittihamların bəziləri təsdiqlənsə, mən çox qəzəbli olacağam”.
Dünya mətbuatı bu xəbəri “seks skandal” və “məxfi xidmətin biyabırçılığı” kimi qiymətləndirib. Belə ki, Amerikanın 11 agenti, təhlükəsizlik xidmətinin elitası ölkə başçısını qorumaq üçün Kolumbiyaya gəlsələr də qısa zamanda onları öz ölkələrinə qaytarıblar.

Qeyd edək ki, mətbuat bu qalmaqaldan fahişələr vasitəsilə xəbər tutublar. Belə ki, məxfi agentlər qənaət edərək pulu ödəməkdən imtina etdikləri üçün onlar belə bir qalmaqal yaradıblar.


Səidə