Obamaya səfeh dedilər

obamaya-sefeh-dediler
Oxunma sayı: 644

Amerikada respublikaçıların Ayovadan olan senatoru Çak Qrassli səhiyyə islahatlarına dəstək verən ölkə prezidenti Barak Obamaya səfeh deyib.

Qeyd edək ki, Barak Obama ölkədə mübahisələrə və fikir ayrılıqlarına səbəb olan səhiyyə reformu barədə, “Ali məhkəmənin demokratik yolla seçilmiş konqresin böyük əksəriyyəti tərəfindən təsdiqlənmiş bir islahatı qəbul etməmək kimi bir addım atmayacağından əminəm” – deyib.

Respublikçı senator Çak Qrassli isə ölkə prezidentinə “Twitter” səhifəsindən cavab verərək onu səfeh adlandırıb: “Ətrafımda olanlar məndən prezidentin ali məhkəməyə təzyiqi qarşısında niyə susduğumu soruşur. Amerika xalqı bu (səhiyyə islahatları barədə) qərarla onun səfeh olduğunu gördü”.

anspress