“Boeing-777”nin sərnişinləri Londona yola salındı

boeing-777nin-sernisinleri-londona-yola-salindi
Oxunma sayı: 1137

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş etmiş “British Airways” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Londona uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə hava limanından məlumat verilib.

Aviaşirkət sərnişinləri digər təyyarə ilə göndərmək qərarına gəlib: “Təyyarə Bakıya gəldi və sərnişinləri Londona apardı. Hazırda təyyarə uçuşu həyata keçirir. Təcili eniş etmiş “Boeing-777”yə gəlincə, bu təyyarə heyət hazır olduqdan sonra Bakıdan uçacaq”.

Xatırladaq ki, ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.

Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.