“Boeing” hava limanına düzgün enə bilmədi - 4 nəfər yaralandı

boeing-hava-limanina-duzgun-ene-bilmedi
Oxunma sayı: 2497

Kanadada uğursuz eniş edən “Boeing 747” Qalifaks Stenfild aeroportunda gərgin anlara səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hava limanına düznüg eniş edə bilməyən təyyarənin 4 ekipaj üzvü yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə “Sky Lease Cargo” aviaşirkətinə məxsus laynerin uçuş-eniş zolağından kənara çıxması səbəb olub.