Ofisiant baş nazirə acıqlandı

ofisiant-bas-nazire-aciqlandi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, İngiltərənin baş naziri Devid Kamerun bayram tədbirinə gedərkən yolda bir kafeyə yaxınlaşır. Kofe istəyən baş nazir ofisiantdan hirsli tərzdə məşğulam cavabını alır: “Bir az gözləyin. İndi başqa müştərilərlə məşğulam”.

Bu cavabdan sonra Kamerun kofeni özü götürüb stoluna yaxınlaşır. Ofisiant kafedəki bütün insanların diqqətini onda olduğunu hiss edəndən sonra kamerunun yanına gedərək baş nazirdən üzr istəyib: “Çox məşğul idim. Bir müştəridən digərinə qaçarkən gəlişinizdən xəbərim olmayıb”.

Xatırladaq ki, İngiltərənin baş naziri bir müddət əvvəl İtaliyada da ofisiantın sərt davranışına məruz qalmışdı. Niyəsə orada da naziri tanımamışdılar.