Oğlu Sarkozi soyadını daşımağa utanır - Video

oglu-sarkozi-soyadini-dasimaga-utanir-video
Oxunma sayı: 646

Fransa prezidenti Nikolya Sarkozi böyük oğlu Pyer Sarkozinin qəsdən zəhərlənməsi iddialarını irəli sürüb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Sarkozi oğlunun Ukrayna səfərindən xəbərsiz olub. Atası Pyerin xəstəxanaya yerləşdirilməsi xəbərini aldıqdan sonra onun harada olduğunu öyrənə bilib. Artıq Fransada ölkənin əsas ailəsində yaranmaq üzrə olan qalmaqalından danışılır. Sarkozinin yaxın ətrafı Pyerin musiqi aləmindən olan dostları və daimi səfərlərindən narahat olmağa başlayıblar.

Özünü DJ Mosey kimi tanıtmağa çalışan Pyer Sarkozi verdiyi azsaylı müsahibələrindən birində azadlıq və sərbəst pul qazanmağa cəhd etməsi barədə danışıb. Artıq onun uzun müddətdir ki, ailəsi ilə birgə yaşamadığı və atası ilə ancaq ailə bayramlarında görüşdükləri deyilir. Pyerin uzun müddət atasının soyadını daşımağa utandığından özünü Pyer Naji kimi təqdim etdiyi qeyd olunur.

Nəvəsi ilə bağlı açıqlama verən Pal Sarkozi Pyerin artıq Fransada olduğunu və səhhətinin qaydasında olduğunu deyib: “O özünü daha yaxşı hiss edir, biz onunla hələ görüşməmişik, lakin yaxın vaxtlarda mütləq görüşəcəyik”,

Qeyd edək ki, artıq internetdə Pyerin mühafizə dəstəsinin və fransız nümayəndə heyətini nümayəndələrinin müşayiəti ilə xəstəxanadan çıxarıldığı zaman çəkilən video və fotoşəkillər yayımlanıb.

Səidə

Pierrarkoz.flv