Oğru eks-prezidentin evinə girmək istədi

ogru-eks-prezidentin-evine-girmek-istedi
Oxunma sayı: 636

Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, evin həyətinə maşın daxil olan zaman naməlum şəxs gizlincə avtomobilin ardınca içəri keçməyə çalışıb. Lakin mühafizəçilər onu dərhal saxlayıblar. Məlum olub ki, o, silahlıdır.
Dindirmə zamanı silahlı guya Buşun evində özünə məxsus nəyinsə olduğunu və onu götürmək istədiyini söyləyib.

İnsident zamanı eks-prezidentin ailəsindən heç kim evdə olmayıb.