Oğul atasını niyə öldürdü? – Foto

ogul-atasini-niye-oldurdu-foto
Oxunma sayı: 668

İlkin Məmmədov istintaqa ifadəsində bildirib ki, atasını onu uşaqlıqdan döyərək təhqir etməsinə görə qətlə yetirib: “Hadisə baş verən gün məni dayım və anamın gözləri qarşısında əl-qolumu bağlayaraq möhkəm döydü. Əllərimi açandan sonra onu vurdum. Mən ruhi-əsəb dispanserində müalicə alıram. Məni bu günə atam qoyub. O məni dəli edib”.

Qeyd edək ki, ötən gün Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/23 ünvanında yaşayan 1986-cı il təvəllüdlü İlkin Məmmədov atası, 1957-ci il təvəllüdlü Rafiq Məmmədova mətbəx bıçağı ilə xəsarət yetirib.

Məmmədov xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.