“Boko Haram” kəndə hücum etdi

boko-haram-kende-hucum-etdi
Oxunma sayı: 671

“Boko Haram” terror təşkilatı Kamerunun şimalındakı Tçarkamari kəndinə hücum ediblər.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, terrorçular 9 sakini qətlə yetiriblər. 4 nəfər isə yaralanıb.

Bununla da kifayətlənməyən terrorçular evləri də yandırıblar.

Qeyd edək ki, “Boko Haram” təşkilatı 2000-ci illərin əvvəllərindən Nigeriyada, 2015-ci ildən etibarən isə Kamerun, Çad və Nigerdə kütləvi qətliamlar törədir. Bu vaxta qədər 20 minə yaxın insanın öldürüldüyü bildirilir.