“Boko-Haram”a ağır zərbə - 124 terrorçu məhv edildi

boko-harama-agir-zerbe
Oxunma sayı: 951

Nigeriyanın Borno әyalәtinin Metele bölgәsindә hәrbi bazaya girməyə çalışan “Bok-Haram” terror təşkilatına üzvlərinə ağır zərbə endirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Nigeriya ordusu 76 terrorçunu məhv edib.

Atışma zamanı 7 әsgәr hәlak olub, 16-si isə yaralanıb.

Çadda baş verәn qarşıdurmada isə 48 terrorçu öldürülüb. Çad ordusu 8 itki verib.

Beləliklə, Çad və Nigeriyada ümumilikdə 124 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Nigeriyada “Boko-Haram”ın hәyata keçirdiyi terror aktları nәticәsindә 2000-ci ildәn indiyәdәk 20 mindәn çox adam hәlak olub.

Çadda isə 2015-ci ildən bu günə qədər 2 minə yaxın yerli əhali qətlə yetirilib.