Boks Federasiyasına bina tikilir

boks-federasiyasina-bina-tikilir
Oxunma sayı: 651

Siasport.az saytı xəbər verir ki, tədbirdə ABF-nin prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, AİBA prezidenti Çinq Ko Vu və Beynəlxalq Olimpiya Komitəsinin üzvləri iştirak ediblər. Tikinti üçün 2 hektar ərazi ayrılıb. Burada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və yeraltı avtodayanacaq fəaliyyət göstərəcək. ABF prezidenti Kəmaləddin Heydərov və AİBA prezidenti Çinq Ko Vu beton qarşığı tökən qurğunu işə salıb və metal gilizi bünövrəyə atıblar. Sonda xatirə şəkili çəkdirilib.