Boks üzrə Avropa birinciliyi davam edir

boks-uzre-avropa-birinciliyi-davam-edir
Oxunma sayı: 644

“Qafqazinfo” Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günündə milli komandamızın 6 üzvü rinqə çıxıb. Onlardan üçü - Pərviz Quliyev (52 kq), Ümid Rüstəmov (44,5 kq), Ayxan Tağızadə (48 kq) öz döyüşlərini qələbə ilə başa vurublar.

Bu gün boksçularımızdan Malik Həsənov (38,5 kq), Hümbət İmanov (41,5 kq), Ümid Rüstəmov (44,5 kq), Sərxan Əliyev (46 kq), Pərviz Quliyev (52 kq), Hacı Dilbazov (65 kq) və Məhəmməd Abdullayev (76+kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.
Sevinc