“Oksana adam olan deyil” – Müsahibə

<b>“Oksana adam olan deyil” – <font color=red>Müsahibə</b></font>
Oxunma sayı: 388

- Haqay bəy, Oksana mətbuat konfransında sizdə istədiyi kişiliyi görmədiyini və nikahınızın formal xarakter daşıdığını bildirdi. Konkret olaraq Oksana yazılı açıqlamasında belə yazmışdı: "Mənə həyatda "zontik" yox, kişi lazımdır. Çətir əvəzinə əlimdə olan kişi mənə lazım deyil. Mən isə ətrafa, dost, tanış arasında kişiliyini sübut etmək üçün rəsmi sənədlə lazım olan xanım idim".
-Bilirsiniz, Oksana artıq nə etdiyini, nə danışdığını bilmir. Onun dediklərinin çoxu yalandır. Birincisi biz onun dediyi kimi 2007-ci ildə yox, 2005-ci ildən tanışıq, artıq 7-ci ildir. Amma 5 ildir bir yerdəyik. Bu gün bizim rəsmi nigaha girməyimizdən düz bir il keçir. İstədiyi kişiliyi məndə görməmişdisə, nəyə görə bu 5 ili mənimlə qalırdı?

- Oksana deyir ki, siz sadəcə dost olmusunuz. Belə baxanda onun sözlərində haradasa həqiqət var. O, Azərbaycanda, siz isə Rusiyada yaşayırsınız. Belə ər-arvad olar?

- Mən tez-tez Bakıya gəlirəm, mən gələ bilməyəndə Oksana özü Blaqoveşenskə gəlirdi. Oksana axırıncı dəfə yanvarın 6-da Bakıya gəlib. Biz yeni ili onun ailəsi ilə birlikdə keçirmişik. Bu yaxınlarda qardaşının toyuna gəlmişdim. Oksananın bütün ətrafı, yəni tanışları-dostları məni yaxşı tanıyır. Çoxu da bizim evli olduğumuzu bilirdi. Gün ərzində dəfələrlə ona zəng vururdum.

Onun Blaqoveşenskdə yaşayan qardaşı ailəsi ilə hər gün bizdədirlər. Atası, anası məni öz oğulları kimi çox istəyirlər. Oksananın anası hər səhər zəng edib məni yuxudan oyadır ki, işə gecikməyim. Məni başa salın, bəs ailə necə olur?

-Oksananın valideynləri ilə bir şəhərdə yaşayırsınız?

- Xeyr, onlar Blaqoveşenskdən 700 km aralıda yerləşən Tında şəhərində yaşayırlar. Qardaşı bizim şəhərdə yaşayır.

- Keçən müsahibənizdə dediniz ki, Oksananın ailəsi sizə görə ondan üz döndərib.

- Onlar mənə deyirlər ki, Oksana adam olan deyil, əlini ondan üz, necə ki, biz ondan üz döndərmişik. Yazıq atası pensiyaya çıxıb Azərbaycana gəlmək istəyirdi. Qocalığını vətənində keçirmək istəyirdi. O gün mənə deyir ki, “Haqay, mən daha ora gedə bilmərəm. Biabır olmuşuq”.

- Oksana sizi heç vaxt sevmədiyini deyir. Özünüzdən 20 yaş kiçik qızla münasibət quranda düşünmürdüz ki, sonu belə olacaq?

- Əvvəla mən yox, Oksana özü məni tapıb münasibət qurub. İkincisi də…

- Bir dəqiqə, necə yəni “özü məni tapıb”?

- Mən iş adamayım, Blaqoveşenskiyə 2004-cü ilin noyabrında gəlmişəm. 2005-ci ildə Oksanaya deyiblər ki, Blaqoveşenskidə belə bir adam var, onu tap tanış ol, sənə xeyri dəyə bilər. O da mənim nömrəmi tapıb zəng vurdu və biz tanış olduq.

- Sizinlə tanış olmaq onun nəyinə lazım idi?

- Oksana mənimlə tanış olanda Blaqoveşenskidə restoranda rəqqasəlik edirdi, 250 rubla səhnəyə çıxırdı. Belələrinə pullu kişilər lazım olur. Biz tanış olduq və bir-birimizi sevdik. Bundan sonra restoranda oynamağa icazə vermədim. Çünki mənim adım-sanım var, yanımdakı qadının restoranda rəqqasəlik etməsi düzgün deyildi. Əvəzində isə səviyyəli rəqqasə karyerası qurmasına kömək oldum. Kişi elədiyini deməz, amma məcburam. Oksana nail olduğu hər şeyə görə mənə borcludur, onun bütün xərclərini mən çəkmişəm. Oksana heç kim idi, mən onu adam eləmişəm. Bakıdakı işlərini də mənim tapşırığımla yaxın tanışım həll edirdi.

- Sevgilisi reper Elşad Xosenin sürdüyü avtomobili də siz almısınız?

- (red. xeyli susur). Mənim pulumla alınan maşını Xose sürür?... Bəli, mən hədiyyə etmişəm. Belə olmaz axı, hansı kişi bu təhqiri götürər?

- Oksananın Elşadla sevgili olduqlarını haradan öyrəndiniz?

- Onların dost olduğunu bilirdim. Oksana mənimlə olanda Elşad tez-tez gecə yarısı zəng vururdu. Bir dəfə telefonu götürüb dedim ki, daha bəsdir, Oksanaya zəng vurma. O da cavabında Oksananı sevdiyini dedi. Dedi ki, “Bilirəm sənin arvadındır, orada səninlə olacaq, Bakıya gələndə mənimlə.” Narkomandan nə gözləmək olar.

- Bəs Oksana nə deyirdi?

- Oksana deyirdi, fikir vermə, xəstədir. Bu söhbətdən sonra Oksanaya Xose ilə dostluq etməyi qadağan etdim. Oksana Bakıda olanda ona zəng vurdum.Telefonu götürüb, “Mən özüm səni yığacam, işim var.” dedi. Üstündən 2-3 saat keçəndən sonra yenə yığdım. Gecə yarısı idi, bu dəfə telefona Elşad cavab verdi.

- Elşad Xose Oksana ilə bir ildən çoxdur sevgili olduqlarını deyir. Bəs siz ər olaraq arvadınızla münasibətlərinizdə soyuqluq hiss etmirdiniz?

- Hiss edirdim...Amma bunu xəstəliyi ilə əlaqələndirirdim. Sonuncu dəfə Bakıya gələndə mənə deyirdi ki, məndən aralı gəz. Mən artıq məşhuram, jurnalistlər bizi bir yerdə görməsin.Yaxşı deyil. Bu hərəkətləri məni oyatdı. Çünki bu vaxtadək Bakıda hər yerə bir gedirdik. Hər yerdə məni qucaqlayıb gəzirdi.

- Haqay, Oksananın pasportunuzu cırdığını deyirsiniz. Oksana da deyir ki, birinci siz onun Rusiya pasportunu cırmısınız, o da cavab olaraq sizin pasportu cırıb. Bu doğrudur?

- Oksananın Rusiya pasportu məndədir. Yalan deyir, cırmamışam. Pasportun dublikatını sizə göndərə bilərəm.

- Oksananı hamıdan yaxşı siz tanıyırsınız. Sizcə, Elşadla münasibətlərinin sonu necə olacaq?

- Onların münasibətləri artıq sona çatıb, sadəcə Elşad uzadır. Təzəlikcə, Oksana Elşaddan qaçıb Dəvəçidə (Şabran) yaşayan nənəsigildə gizlənib. Elşad ona nə qədər yalvarıb qayıtmayıb. Sonda özünü öldürəcəyi ilə qorxudandan sonra Oksana üzə çıxıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi