Boksçularımız dünya çempionatına hazırlaşır

bokscularimiz-dunya-cempionatina-hazirlasir
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, yığmamız hazırda Lənkəranda – Cənub Regional Boks Mərkəzində təlim-məşq toplanışındadır. Məşqçilər Nəriman Abdullayev və İlham Alimzanovun rəhbərliyi altında hazırlıq prossesinə 19 idmançı cəlb olunub. Onların arasında dünya Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov da var. London Olimpiadasınnı digər iştirakçılarından Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) də yığmanın heyətinə cəlb olunub. 2011-ci ildə Ankaradakı Avropa çempionatında qızıl medal qazanmış Salman Əlizadə də (49 kq) təlim-məşq toplanışında iştirak edir.

Məşqçilər heyəti bəzi təcrübəli boksçuların komanda ilə birgə məşq etməsinə etiraz etməyib.

Qeyd edək ki, tələbələr arasında dünya çempionatında hər ölkə hər bir çəki dərəcəsində yalnız bir idmançı ilə təmsil oluna bilər. Odur ki, noyabrın 14-dən 18-dək Bakı İdman Sarayında keçiriləcək yarışda 10 boksçumuz rinqə çıxacaq.