Boksçularımız Hollandiyaya gedir

bokscularimiz-hollandiyaya-gedir
Oxunma sayı: 648

Gənclər və İdman nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, idmançılar oktyabrın 16-da Hollandiyanın Roterdam şəhərində qadınlar arasında start götürəcək Avropa çempionatında iştirak edəcəklər.
Bu çempionatda ölkəmizi Ayzanat Hacıyeva (60 kq), Yelena Vistoropova (69 kq) və Leyla Cavadova (75 kq) təmsil edəcəklər.
Qeyd edək ki, yarış oktyabrın 24-dək davam edəcək.