Boksçularımızdan 3 medal

bokscularimizdan-3-medal
Oxunma sayı: 649

Mayın 17-dən 21-dək Rusiyanin Xabarovsk şəhərində boks üzrə Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkinin xatirəsinə həsr olunmuş A kateqoriyalı beynəlxalq yarış keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, ölkəmiz  bu turnirdə 7 idmançı ilə təmsil olunub. 75 kq çəki dərəcəsində döyüşən Hidayət Musayev yalnız finalda uduzaraq gümüş medal əldə edib.

56 və 60 kq-da  mübarizə aparan boksçularımız Qoşqar Səfərli və Elnur Əliyev bürünc medal qazanıblar.