Boksçumuz erməni rəqibinə uduzdu

bokscumuz-ermeni-reqibine-uduzdu
Oxunma sayı: 647

Milli komandamızın üzvü erməni rəqibi Taron Soghomonyana uduzaraq, mübarizəni dayandırıb. İlk raundda rəqib boksçu 7:5 hesabı ilə qalib gəlib. İkinci hissə 5:5 hesabı ilə yekunlaşıb. Həlledici 3-cü raundda 2:6 hesabı ilə uduzan boksçumuz döyüşdən məğlub ayrılıb – 12:18.

Sabah 3 boksçumuz rinqə çıxacaq. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun 1/32 finaldakı rəqibi norveçlı Hadi Srour olacaq. Görüş axşam seansına nəzərdə tutulub. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov da (81 kq) ilk döyüşünü noyabrın 30-da keçirəcək. Boksçumuz gürcüstanlı Aleksandr Dokvadzeni məğlub etməyə çalışacaq.

Həmin döyüş də saat 19:00-da başlayacaq axşam proqramında olacaq. Rahil Məmmədli (91 kq) isə noyabrın 30-da günorta proqramında debüt edəcək. Millimizin üzvü Puerto Riko nümatyəndəsi Sahret Delgadonu sınağa çəkəcək./anspress/