Boksçumuz uduzdu

bokscumuz-uduzdu
Oxunma sayı: 633

İlk olaraq rinqə 52 kq çəki dərəcəsində Elvin Məmişzadə çıxıb. Boksçumuzun rəqibi indoneziyalı idmançı Julio Bria olub. İdmançımız rəqibini məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Məmişzadə ikinci döyüşünü oktyabrın 2-də keçirəcək. O, Fransisko Torijosla (İspaniya) qarşılaşacaq.

Daha sonra isə 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəhim Nəcəfov ilk görüşünü keçirib. Nəcəfov Luke Kempbellə üz-üzə gəlib. Təəssüf ki, Nəcəfov rəqibi ilə bacarmayıb və mübarizəni erkən dayandırmalı olub.

Qeyd edək ki, dünya çempionatı həm də London olimpiadasına lisenziya xarakteri daşıyır.