Boksçusumuz erməni rəqibini məğlub etdi

bokscusumuz-ermeni-reqibini-meglub-etdi
Oxunma sayı: 635

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu gün boksçularımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb. O, erməni rəqibi Hovanes Baçkovu 17:14 hesabı ilə məğlub edib. Beləliklə, milli komandamızın üzvü 1/4 finala vəsiqə qazanıb.

Digər boksçumuz Tamerlan Abdullayev (69 kq) isə litvalı Riçardas Kunçaitisə 12:13 hesabı ilə uduzub. Yığmamızın baş məşqçisi Nəriman Abdullayevin verdiyi məlumata görə, boksçumuz bu görüşdə pis təsir bağışlamayıb. Sadəcə hakimlərin qeyri-obyektiv qərarları səbəbindən həmyerlimiz mübarizəni dayandırmalı olub.

Bu gün yarışda daha bir boksçumuz ilk görüşünü keçirəcək. Heybətulla Hacəliyev (64 kq) Almaniyanı təmsil edən Artyom Arutunyanla üz-üzə gələcək.