Oktyabrda hava necə olacaq?

oktyabrda-hava-nece-olacaq
Oxunma sayı: 687

Azərbaycanda oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların ay ərzində ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək yüksələcək, üçüncü ongünlüyün sonunda 14-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-18 dərəcə isti (gecələr 9-14, bəzi günlərdə 4-8 dərəcə, gündüzlər 20-25, ayrı-ayrı günlərdə 27-30 dərəcə isti, ayın sonunda 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 4-9, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 18-21 dərəcəyədək yüksələcək, ayın sonunda 6-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 8-13, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 24-27 dərəcə, ayın sonunda 13-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə, ayın sonunda 8-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 27-31 dərəcə, ayın sonunda 13-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında orta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-30, ayın sonunda 14-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir.

Nigar Məmmədli