Oland Fransaya yeni baş nazir təyin etdi

oland-fransaya-yeni-bas-nazir-teyin-etdi
Oxunma sayı: 641

Fransa prezidenti Fransua Oland ölkənin yeni baş nazirini təyin edib. Bu, sosialist partiyasının hüquqşünası Jan Mark Ayroldur. 62 yaşlı Ayrol 1986-cı ildən Fransa parlamentinin aşağı palatasında deputat vəzifəsində çalışıb. O, həmçinin, Nant şəhərinin meri vəzifəsini də icra edib. Siyasətə atılmazdan əvvəl isə Jan Mark Ayrol alman dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, prezidentlə Ayrol arasında sıx dostluq əlaqələri var. Ayrol Fransa prezidentinin inaqurasiya mərasimindən bir neçə saat sonra baş nazir vəzifəsinə təyin edilib.

anspress