Bölgə gəncləri üçün daha bir seminar keçirilib

bolge-gencleri-ucun-daha-bir-seminar-kecirilib
Oxunma sayı: 646

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Bölgə gənclərinin komrüterdən səmərəli istifadə bacarıqlarının artırılması üzrə təlimlər” layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində gənclər və yeniyetmələr üçün seminar təşkil olunub.

Eəşkilatın koordinatoru Mirmehdi İbişov bildirib ki, bu gün dünyanı komrüter və internetsiz təsəvvür etmək mümkün deyil. O, Azərbaycanda da internetin sürətlə yayıldığını, regionların da bu sistemə qoşulduğunu, gənclərin internet dünyasına marağının böyük olduğunu deyib: "Lakin bir sıra hallarda gənclər və xüsusilə də yeniyetmələr internetdən rorno saytlara, tanışlıq saytlarına baxmaq üçün daxil olurlar. Biz istəyirik ki, gənclər və yeniyetmələr internetə maarifləndirici, intellektual səviyyəni artıran bir vasitə kimi yanaşsınlar. Bu gün minlərlə elmi, ədəbi internet saytları mövcuddur. Gənclərin həmin saytlardan istifadə etməsini, müasir elmlərə sahiblənməsini istəyirik".

"Qızılbaş" İB-nin sədri Elnur Məmmədli isə deyib ki, təşkilatın əsas məqsədlərindən biri gənclərin informasiya texnologiyalarından və xüsusilə də internetdən daha səmərəli istifadə etməsinə yardımçı olmaqdır. O, layihə çərçivəsində gənclərə bir sıra komrüter rroqramlarının öyrədiləcəyini qeyd edib.