“Bölgələrdən bölgələrə” festivalı Ağdamda - Fotolar

bolgelerden-bolgelere-festivali-agdamda
Oxunma sayı: 893

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub. 

“Qafqazinfo” xəbər verir ki, Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Park ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. 

Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.