“Bölgələrdən bölgələrə” Naftalanda - Fotolar

bolgelerden-bolgelere-naftalanda
Oxunma sayı: 1763

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Naftalan şəhəri olub.

“Qafqazinfo” xəbər verir ki, Naftalan şəhərinin mərkəzində, Heydər Əliyev adına parkda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, şəhər icra hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Festivalda Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.