Olimpiya oyunlarına Bakının namizədliyi qəbul edilmədi

olimpiya-oyunlarina-bakinin-namizedliyi-qebul-edilmedi-
Oxunma sayı: 643

“Qafqazinfo”un “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, Kanadanın Kvebek şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) toplantısında 2020-ci il Yay Olimpiya Oyunları üçün İstanbul, Tokio və Madridin “namizəd” statusu qazandığı bildirilib.

2020-ci il Yay Olimpiya Oyunlarına namizəd şəhərlər BOK sədri Jacques Rogge tərəfindən gecə yarısı açıqlanıb.

İstanbulla birlikdə Tokio, Doha, Bakı və Madrid namizədlik üçün yarışırdı. Bakı və Dohanın namizədliyini qəbul etməyən BOK İstanbul ilə birikdə Yaponiyanın paytaxtı Tokionu və İspaniyanın paytaxtı Madridi namizəd olaraq göstərib.