Olimpiyaçılarımızın geyimlərinin eskizləri nümayiş olundu - Fotolar

olimpiyacilarimizin-geyimlerinin-eskizleri-numayis-olundu-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Toni Şervino Azərbaycanı Londonda təvsil edəcək olimpiyaçıların geyimləri barədə məlumat verib. Bildirib ki, bütün geyimlərdə Azərbaycanın bayrağı və gerbi əks olunacaq. “Azərbaycan çox gözəldir. Avropa qədər inkişaf edib. Gəlişimin əsas məqsədi geyimlərin prototiplərini təqdim etmək idi. Artıq hər şey razılaşdırılıb və bir neçə xırda dəyişiklik olacaq. Geyimlər təmiz pampıq və nəfəs alan parçadan olacaq. Keyfiyyətinə 100 faiz təminat veririk”.

T. Servino görəcəkləri işin əvəzində alacaqları pulun miqdarını açıqlamayıb. Onun sözlərinə görə, əsas keyfiyyətli iş görməkdir. Bu geyimlər nəinki Avropada, hətta dünyada da ən yaxşılardan olacaq.

Sonra İ. Mədətov çıxış edərək qeyd edib ki, dünya səviyyəli modelyerlə işbirliyi qurmaq Azərbaycanın 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etməsinə nə qədər iddialı olmasının sübutudur.

Nigar Məmmədli